intertv.az
intertv.az

Avropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdı

13-06-2019, 18:53 22 dəfə baxılıb

Avropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdı


Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan evro xatirə pul nişanı basılıb.

Modern.az xəbər verir ki, türkiyəli kolleksiyaçı Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan evro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Evro ilə eyni dəyərə malikdir.

Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib:

“Bundan öncə də Avropa Mərkəzi Bankında Qazi Mustafa Kamal Atatürk və daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana hədiyyə edəcəyik, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək”.

Araşdırmacı yazar Atilla Oral: “Özgür bəyin böyük zəhmətilə meydana gələn evro xatirə pul nişanının üzərində Türkiyə və Azərbaycanın ay-ulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. Eyni zamanda, birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA