intertv.az
intertv.az

Ortağına kələk gələn nazirlik işçisi hakim qarşısında – ucuz maşın alıb, baha satacaqdı

12-06-2019, 21:56 16 dəfə baxılıb

Ortağına kələk gələn nazirlik işçisi hakim qarşısında – ucuz maşın alıb, baha satacaqdı


Nazirliyin sabiq əməkdaşı hakim qarşısına çıxarılır. O, Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə ittiham olunur.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Fərid Cəlilovun cinayət işi üzrə məhkəmə başlayır.

İşə hakim İlham Mahmudovun sədrliyi ilə baxılacaq.

F.Cəlilov Ədliyyə Nazirliyinin əməkdaşı olub. O, Xətai rayonu İcra və probasiya şöbəsinin icra məmuru işləyib.

İttihama görə, F.Cəlilov Türkiyə vətəndaşı Elemana Necatidən birgə biznes qurmaq adı ilə 155 min manat alaraq onu aldatmaqda suçlanır.

Belə ki, F.Cəlilov əcnəbi vətəndaşa dövlət qurumlarının hərraca çıxardığı avtomobilləri ucuz qiymətə alıb, baha satmağı təklif edib. Bununla da çoxlu qazanc əldə edəcəklərmiş.

E.Necati bu təkliflə razılaşıb və F.Cəlilova ilk olaraq 32 min manat verib. Ona verilən məlumata görə, bu pula 4 avtomobil alınıb. Daha sonra F.Cəlilov E.Necatiyə daha 7 avtomobilin hərraca çıxarıldığını deyərək əlavə pul istəyib. Elemena Necati Türkiyədəki evini sataraq Fərid Cəlilova 123 min manat verib. Həmin vaxt F.Cəlilov şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini deyərək pulun köməkçisi Ceyhun Qənbərovun adına göndərilməsini istəyib. E.Necati də bu qaydada pulu göndərib.
Daha sonra isə F.Cəlilov maşın da almayıb, pulu da geri qaytarmayıb.

E.Necatinin Ədliyyə Nazirliyinə şikayətindən sonra F.Cəlilov vəzifəsindən və ədliyyə sistemindən qovulub.

F.Cəlilov barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA