intertv.az
intertv.az

Baş prokuror Zelenskiyə qarşı – “Vəzifəmdən getməyəcəm”

12-06-2019, 21:36 24 dəfə baxılıb

Baş prokuror Zelenskiyə qarşı – “Vəzifəmdən getməyəcəm”


Ukrayanın Baş prokuroru Yuri Lutsenko vəzifəsini tərk etməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, Lutsenkonun sözlərinə görə, onun işdən çıxarılması ilə bağlı parlamentə göndərilən təqdimat qeyri-qanunidir.

“Məni işdən azad etmək üçün ərizəm və ya Ali Rada deputatlarının mənə olan etimadsızlığı tələb olunur”, – deyə Lutsenko bildirib.

Baş prorkuror onu da əlavə edib ki, deputatlar heç vaxt onun vəzifəsindən kənarlaşdırılmasına səs verməyəcək.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Baş prokuror Yuri Lutsenkonu vəzifəsindən azad edilməsi haqda parlamentə təqdimat göndərmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA