intertv.az
intertv.az

“Söyülürsənsə, deməli, gündəmdəsən”

9-06-2019, 22:31 23 dəfə baxılıb

“Söyülürsənsə, deməli, gündəmdəsən”


“Meydanı boş buraxmışam. Zaman gələcək, yenə at oynadacam. Yəhərim boşdur, digərlərinə müvəqqəti olaraq vermişəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “X maqazin” proqramında qonaq olarkən deyib. Sənətçi meydandan uzaqlaşdığını, şou-biznesdə ciddi problemlərin olduğunu vurğulayıb:

“Sənətçilər tamaşaçılar tərəfindən nə qədər sevildiyini bilmək istəyirsə, ona yazılan rəyləri oxusunlar. Əvvələr başa düşmürdüm. Düşünürdüm ki, niyə insanlar bu qədər nalayiq sözlər yazır? İndi isə təzə mövzu barədə eşitmişəm. Söyülürsənsə, deməli, gündəmdəsən. Allah məndən uzaq etsin.

Bu gün bayağı mahnı çıxarsam, cəmi iki gün təhqir edəcəklər. Daha sonra həmin mahnıya əl qaldırıb oynayacaqlar. Günah hamımızdadır. Toyda hər mahnıya oynamaq olar, ancaq efirə çıxarmaq qeyri-mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA