intertv.az
intertv.az

Neymarın şok otel görüntüləri mediaya sızdı — VİDEO

6-06-2019, 19:45 35 dəfə baxılıb

Neymarın şok otel görüntüləri mediaya sızdı — VİDEO


Model Najila Trindade şiddətə əl atdığı və təcavüz etdiyinə görə braziliyalı ulduz futbolçu Neymarı məhkəməyə vermişdi.
Qalmaqallı gecə ilə bağlı görüntülər mətbuata sızıb. Təxminən 1 dəqiqəlik videoda Trindadenin Neymarı vurduğu görünür.

Braziliya mətbuatına açıqlama verən Najila "Məni Parisə çağırdı, otel və təyyarə bileti almışdı. O gecə təcavüz edərkən həm də məni vurdu. Məni cinsi münasibətə məcbur elədi. Onu dayandırmaq istədim, dayanmadı. Mənə şiddət göstərdi. Hər şey çox tez baş verdi" deyib.
Neymar isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, həmin gecə yaşananlar bir qadın və bir kişi arasında dörd divar arasında baş tutan normal şeylərdən olub: "Heç bir səhv yox idi. Bir müddət görüşmədik. Sonra isə təacəvüz xəbərlərini gördüm. Mənə tələ quruldu. Bu insanlar məni jantaj edərək pul qazanmağa çalışırlar. Bu hal təkcə mənə deyil, ailəmə də təsir etdi. Mən dürüst insanam və həmişə də belə olacağam".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA