intertv.az
intertv.az

Kəndlərdə aptek problemi – Sakinlər əziyyət çəkir – Video

3-06-2019, 18:56 23 dəfə baxılıb

Kəndlərdə aptek problemi – Sakinlər əziyyət çəkir – Video


Bəzi kənd və qəsəbələrdə yaşayanlar aptekdən dərman preparatları və tibbi ləvazimat almaq üçün kilometlərlə məsafə qət etməli olurlar. Buna səbəb isə yaşadıqları yerlərdə aptekin olmamasıdır. Əməkdaşlarımızın bununla bağlıBərdə və Tovuzun kəndlərində hazırladığı sujeti təqdim edirik.

Kəndlərdə aptekin olmaması səbəbindən sakinlər əziyyət çəkməli olurlar.

Məsələn Bərdədə rayonunun mərkəzi istisna olmaqla,bir neçəyaşayış məntəqəsində aptek yoxdur. Sakinlərin sözlərinə görə, kənd caamatı bir dərman almaqdan ötrü bir neçə kilometr məsafə qət edib rayon mərkəzinə gedirlər. Bu da onlar üçün əlavə xərc və vaxt itgisi deməkdir. Aptek olmayan yerlərə nümunə olaraq Kələntərli və Muğanlı kəndini göstərmək olar.

Sakinlər kəndlərdə tezliklə apteklərin yaradılmasının vacib olduğunu bildirirlər.

Ənənəvi problem Tovuzun kəndlərində də yaşanır.

Eyni problem Turistik məkanlardan biri olan Nabranda da var. Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov mətbuata açıqlamasında bildirib ki, yayda turistlərin ən çox üz tutduğu məkanlardan olan Nabranda aptek yoxdur. Xidmət siferasının yaxşılaşdırılması baxımından bu kimi məqamlara diqqət yetirilməlidir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən ”Xəzər Xəbər”ə bildirildi ki,kənd və qəsəbələrdə apteklərin yaradılması məsələsinin quruma heç bir aidiyyəti yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA