intertv.az
intertv.az

Azərbaycanlı məmurlar da “Çelsi”-“Arsenal” matçında

29-05-2019, 18:46 47 dəfə baxılıb

Azərbaycanlı məmurlar da “Çelsi”-“Arsenal” matçında



Bakı Olimpiya Stadionunda baş tutan “Çelsi”-“Arsenal” matçını izləyənlər arasında Azərbaycanın yüksək vəzifəli məmurları da olub.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Müdafiə naziri Zakir Həsənov, Daxili İşlər naziri Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də matçı stadionda izləyənlər arasında idi.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA