Tarix : 3-11-2015, 13:05 | Bölmə: bolge |
Şamaxıda seçki üsyanı: xalq etiraza qalxdı, polis divan tutdu – VİDEOLAR

















Dünən saat 11:45 radələrində Şamaxı rayon məhkəməsinin qarşısında 100-nəfərə yaxın etirazçı toplanaraq 1 noyabr seçkilərinə etiraz etdilər

Burada namizədlər Vəfalı Fətullayev, Qəhrəman Şəhriyar çıxış edərək seçkilərin saxtalaşdırıldığını bildirdilər. Namizədlər qeyd etdilər ki, dünən gün ərzində bir neçə dəfə dairə seçki komissiyasına müraciət etsələr də saxtakarlığın qarşısı alınmayıb, əksinə bir az da genişləndirilib. Namizədlər qeyd ediblər ki, onların əlində fakt, sübutlar var ki, səsvermədə Masallı rayonu, Abşeron rayon sakinləri iştirak ediblər. Məktəblərdən yuxarı sinif şagirdləri müəllimləri tərəfindən kütləvi şəkildə məntəqələrə gətirilərək Elxan Süleymanovun lehinə səs veriblər. Seçki prosesinə şəxsən icra başçısı Asif Ağayev və müavinləri müdaxilə ediblər. Kənd və qəsəbələrdə icra nümayəndələri, bələdiyyə üzvləri karusel işini həyata keçiriblər.
Şamaxıda əhali demək olar ki, bütünlüklə hazırki deputat Elxan Süleymanovu baykot ediblər. Ancaq buna baxmayaraq gün ərzində idarə, müəssislərədən gətirilmiş işçilər ayrı-ayrı avtomobillərdə məntəqələri gəzdirilərək səsvermədə iştirak ediblər. Rayon polis şöbəsi başda rəis Habil Əmiraslanov olmaqla seçiciləri təhdid edib və onları Elxan Süleymanova səs verməyə məcbur edib. Seçki məntəqələrində müşahidəçilərə normal müşahidə aparmaq üçün şərait yaradılmayıb, əksinə onlar məntəqələrdən polis zorakılığı ilə çıxarılıb. Seçki qutularına topa-topa bülletenlər atılıb. Seçkinin sonunda səslərin sayılması prosesinə müşahidəçilər buraxılmayıb. Azadlıq qəzetinin bölgə müxbiri, yeni cumhuriyyət qəzeti və cumhuriyyət. az saytının redaktoru Elçin İsmayıllı aksiya gedən ərazidə çəkiliş apararkən qəflətən polis müdaxilə etdi. Aksiyanın dağıdılmasına birbaşa polis rəisi Habil Əmiraslanov rəhbərlik edirdi. Polis rəisi ərazidə çəkiliş aparan yerli jurnalistləri həbs etmək göstərişi verdi. Polis rəisi şəxsən azadlığın müxbirinin əlindəki kameranı da vurub yerə saldı və onu təhqir etdi. Polis rəisi Habil Əmiraslanov mülki geyimdə idi. Aksiyada beş nəfərə yaxın adam həbs edildi və aksiya polis zorakılığı ilə dağıdıldı.






(Reytinq:0)