intertv.az
intertv.az

Adil Vəliyev, ananı gözü yaşlı qoymayaq: “Özalıma görə yalvarıram...” - Video

5-05-2019, 23:56 23 dəfə baxılıb

Adil Vəliyev, ananı gözü yaşlı qoymayaq: “Özalıma görə yalvarıram...” - Video














Bakının Sabunçu rayonunda bir Özal böyüyür. Onun cəmi 4 yaşı var. Özalın arzuları yaşından böyük deyil, bu balaca oğlan sadəcə hamı kimi gəzmək, hərəkət etmək istəyir. Amma 2 ildir ki, ailəsi imkansızlıqdan onun müalicəsini dayandırmalı olub.

Bu barədə Sensasiya TV-yə danışan Özalın anası deyir ki, uşağın əqli problemi yoxdur, amma hərəkət edə bilmir. Ona iflic diaqnozu qoyulub.



Özalı Bakıda bütün xəstəxanalara aparıblar, həkimlər müalicəsinin mümkün olduğunu söyləyib. Sadəcə, Özalın gəzməsi, yaşıdları kimi ora-bura qaçması, atılıb-düşməsi, oynaması üçün 20 min manat lazımdır.

Bu vəsait isə Özalın valideynlərində olmadığına görə ümidlərini xalqa, prezidentə, xeyirxah insanlara bağlayıblar.

Özalın anası deyir ki, uşaq barmağı yığılır, bayramq ucunda durur: “İki dəfə əməliyyat lazımdır. Bu əməliyyatlar 20 minə başa gələcək. Həkimlər deyirlər ki, ondan sonra Özal yeriyə bilər.

Mənim də arzum bir ana olaraq uşağımın gəzməyini görməkdir. Burdan xalqımıza səslənirəm - məni sevindirin. Yalvarıram sizə, bir ananı gözü yaşlı qoymayın”.

Özalı və anasını sevindirmək üçün Sabunçu rayon icra başçısı Adil Vəliyevin, rayonun deputatı Fazil Mustafanın reaksiya verəcəyi arzu olunur. A.Vəliyev ən varlı icra başçılarından biridir.

Onun tikinti şirkəti, maşın salonları, şadlıq sarayları var və oğlu tərəfindən idarə olunur. Sabunçunun başçısının imkanı çatar ki, tək özü Özalın əməliyyat xərclərini ödəsin.

Bu ailə Sabunçu rayonunda yaşayır. Biz heç bir şikayət və narazılıq bildirmirik. Sadəcə, bir media olaraq Adil müəllimin bu ailəyə dəstəyini gözləyirik. Necə ki, avtoqəzada ölən süpürgəçinin övladlarına ev tikmişdi, Özala da yardım etməyə imkanı çatar.

Gəzə bilməyən balacanın nənəsi də dövlətə, prezidentə, Mehriban xanıma müraciət edib. Onlar hamıdan şad xəbər gözləyirlər. Eyni zamanda “Bizimləsən” verilişinin onları efirə çağırmasını xahiş edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA