intertv.az
intertv.az

Qurban Qurbanov: “Məğlub olmağı bacarmaq lazımdır”

1-05-2019, 18:09 34 dəfə baxılıb

Qurban Qurbanov: “Məğlub olmağı bacarmaq lazımdır”















Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşmasında evdə “Qəbələ” üzərinda 2:1 hesablı qələbə qazanan, lakin səfərdəki 0:1-lik məğlubiyyətə görə finala çıxa bilməyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

– Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, Kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.

– Futbolçulara matçdan dərhal sonra heç bir etiraz etmədiniz?

– Xeyr. Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdır. Futbolçularımın yanındayam.

– Fasiləyədək ilk qolu vurduqdan sonra “Qəbələ”nin bir neçə fərqlənmək epizodu oldu. İkinci hissədə yenə də qol vurduqdan sonra qapınız qarşısında qol epizodları yarandı. Bu, futbolçularınızın arxayınlığından irəli gəlmirdi?

– Qətiyyən. Sadəcə, qapısında qol gördükdən sonra istənilən rəqib daha əzmlə, istəklə irəli atılır. Oyuna nəzarət edirdik. Ancaq bir səhv və yekunda finaldan kənarda qaldıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA