intertv.az
intertv.az

Azərbaycanda əxlaq polisi yaradılmalıdırmı? – AÇIQLAMA

22-04-2019, 18:43 11 dəfə baxılıb

Azərbaycanda əxlaq polisi yaradılmalıdırmı? – AÇIQLAMA














Son günlər əxlaqsızlığı əks etdirən videoların yayılmasından sonra Azərbaycanda əxlaq polisinin yaradılması məsələsi gündəmə gəlib.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, hüquq-mühafizə orqanları belə mövzulara həssas yanaşsalar, əxlaq polisinin yaradılmasına ehtiyac qalmaz:

“Hansı ölkədə əxlaq polisi varsa, orada əxlaqsızlıq daha çox inkişaf etməyə başlayır. Əxlaq polisini yaratmaq isə olduqca mürəkkəb bir məsələdir. Yeni struktur, yeni ştatlar lazımdır və məncə, buna gərək yoxdur. Polis istər narkomaniyaya, istər əxlaqsızlığa qarşı öz işini doğru yerinə yetirsə, zənnimcə, problem qalmaz. Hər kəs bilir ki, harda nə baş verir. Belə hadisələrin qarşısını almaq iradəsi olmayanda əxlaq polisi olsa da, bunu ortadan qaldırmaq mümkün deyil. Ona görə də biz daha çox müvafiq qurumların bu kimi təzahürlərə qarşı daha sərt mübarizə aparmasını, məsələyə vicdanla yanaşmasını əsas götürməliyik”.

Hüquqşünas Fərhad Mehdiyev isə bildirib ki, liberal ölkələrdə əxlaq polisinin yaradılması demokratiyaya ziddir:

“Əxlaq polisi ancaq din dövlətlərində olur. Liberal-demokratik dövlətin əxlaq polisi olmamalıdır. Demokratik dövlətlərdə ümumi əxlaq pozuntusu ictimai qaydanı poza biləcək mahiyyətdədirsə, onda dövlət orqanları bunu məhdudlaşdırmaq baxımından müəyyən tədbirlər görə bilər. Amma təbii ki, bu, əxlaq polisi formasında olmayacaq.

Əxlaq polisi yaradılanda qanunvericilik dəyişdirilir, müəyyən hərəkətlər qadağan edilir. Həmin sahəyə baxan hüquq-mühafizə orqanları, yəni əxlaq polisləri kompüterin qarşısında oturaraq, gələn şikayətləri araşdırmaqla məşğul ola və ya özləri də sosial şəbəkələrdə və s. araşdırma apara bilərlər. İslam dininin geniş yayıldığı ölkələrdə əxlaq polisi geyimə də nəzarət edir. Ancaq liberal ölkələrdə belə bir şey yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA