intertv.az
intertv.az

Ölkə üzrə seçki biabırçılıqları -YENİLƏNİR

1-11-2015, 13:22 202 dəfə baxılıb

Ölkə üzrə seçki biabırçılıqları -YENİLƏNİR

















“Karusel” əməliyyatları, topa şəklində bülliten atma adi hala çevrilib

Bu gün keçirilən parlament seçkilərində saat 12-yə qədər olan vəziyyət vahiməlidir. MSK-nın məlumatına görə, indiyə qədər guya, 668 min nəfər səsvermədə iştirak edib.

Seçki Dairələrindən gələn xəbərlərdə isə saxtakarlığın total şəkildə həyata keçirildiyi diqqəti çəkir.

50 saylı Abşeron-Qobustan Seçi Dairəsinin 10 saylı məntəqəsində büllitenləri topa şəkilində qutuya atırlar. Səsverməyə gələnin olmamasına rəğmən məntəqə sədri az qala iştirakçıların sayını 100 faizə çatdırmağa hazırlaşır.

35 saylı Xətai Üçüncü Seçki Dairəsində də saxtakarlıq halları açıq şəkiol alıb. NİDA-dan redaksiyamıza verilən məlumata görə, dirənin 4-cü məntəqəsində “karusel” yolu ilə səs vermək istəyən dəstənin qarşısını almaq mümkünsüzə çevrilib.

60 saylı Salyan-Neftçala Seçki Dairəsində də durum xoşagəlməz hal alıb. Hətta bunu Türkiyədən gəlmiş qonaqların gözü qarşısında belə edirlər. Belə ki, dairənin 8 saylı mətəqəsində büllitenləri qutuya topa-topa atırlar. Hətta bunun fotolarını çəkərək paylaşıblar.

**

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 71 saylı məntəqəsində komissiyasının katibi Faiq Allahverdiyevin cibindən deputatlığa namizəd Astan Şahverdiyevin lehinə işarələnmiş seçki bülletenləri çıxıb.

**
21 saylı Nəsimi Birinci Seçki Dairəsində jurnalistlərə çəkilş aparmaq qadağan edilib.

**
104 saylı Seçki Dairəsində bir sıra qanun pozunutları qeydə alnınıb. Bitərəf Nazim Məmmədovun Seçki Qəragahının yaydığı məlumata görə, səhər saatlarında 5 jurnalist - müşahidəçi məntəqələrə buraxılmayıb. Bu barədə Dairə Seçki Komissiyasına məlumat verildikdən sonra təxminən saat 9 - da müşahidəçilərin məntəqəyə daxil olmasına icazə verilib. Seçki Qərargahı bu müddət ərzində seçki qutularına topa bülletenlər atıldığını ehtimal edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA