intertv.az
intertv.az

Azərbaycanda daha bir ifaçı mahnısına görə həbs edildi — FOTO-VİDEO

13-04-2019, 21:44 14 dəfə baxılıb

Azərbaycanda daha bir ifaçı mahnısına görə həbs edildi — FOTO-VİDEO















Sosial şəbəkələrdə “Rüzgar“ ləqəbi ilə tanınan reper Aydın Hüseynov həbs olunub.

Axşam.az xəbər verir ki, buna səbəb onun “Mal mal” adlı mahnısıdır.

“Rüzgar“ Sumqayıt Şəhəri Baş Polis İdarəsi tərəfindən ötən gün həbs edilib.

Reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər.

Bu barədə məlumatı ifaçının prodüseri Orxan saytımıza açıqlamasında təsdiqləyib.

Onu da bildirək ki, ötən günlərdə “Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA