intertv.az
intertv.az

Bərdədə xəstə, kimsəsiz ananın prezidentə qandonduran müraciəti - Video

12-04-2019, 00:12 17 dəfə baxılıb

Bərdədə xəstə, kimsəsiz ananın prezidentə qandonduran müraciəti - Video














Daha bir xəstə, kimsəsiz, tənha və çarəsiz qadın Bərdənin Şirvanlı kəndi imdad diləyir.

Salmanzadə TV-nin çəkiliş qrupu 68 yaşlı Məmmədova Rəhimənin evindən olub. Rəhimə ananın ayaqları tutulub, gəzə bilmir, yataq xəstəsidir.

Tənha qadına yalnız qonşusu kömək edir və kimsəsi yoxdur ki, yeməyini bişirsin, dərmanını alsın. Rəhimə xanımın sözlərinə görə, cəmi 190 manat pensiya verilir və bu da onun müalicəsinin pulu eləmir:

“Mən yerimək istəyirəm. İki iynəyə 300 manat vermişəm, xeyri olmayıb. Heç yerdən mənə yardım yoxdur. Bilmirəm ayaqlarım niyə tutulub, niyə hərəkət edə bilmirəm”.

Göz yaşları içində danışan Rəhimə xanımın tək istəyi sağalmasıdır və ümidini dövlətə bağlayıb. O, prezident İlham Əliyevə, I vitse prezident Mehriban Əliyevaya, ölkənin xeyirxah insanlarına müraciət edərək bir tənha qadını xilas etməyə çağırıb: “Mən kimsəsizəm, tək gümanım dövlətdir. Xahiş edirəm, səsimə səs versinlər, həyatımı xilas eləsinlər, ölməyə qoymasınlar. Mənim aldığım pensiya heç nəyə çatmır, həkimə, dərmana kömək olmasa mən bu pulla acından ölərəm.

Prezidentimizdən, Mehriban xanımdan, cənab nazirlərdən kömək gözləyirəm. Bərdədə imkanlı oğullar mənə bir ana kimi övladlıq eləsinlər, Allah da bu yaxşılığın əvəzini verər”.

Sadəcə, bu müraciətlər deməyə əsas verir ki, Bərdə rayonunda idarəçilik sıfırdır. Yerli icra hakimiyyəti aztəminatlı, kasıb, işsiz ailələrlə maraqlanmır, xəstə, əməliyyata ehtiyacı olanlarla görüşmür, icra başçısı qəbullar keçirib bir adama yaxşılıq eləmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA