intertv.az
intertv.az

Bulvarda Avropa Oyunları ilə əlaqədar yeniliklər gözlənilir

6-05-2015, 08:13 123 dəfə baxılıb

Bulvarda Avropa Oyunları ilə əlaqədar yeniliklər gözlənilir

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqlar davam edir. Bu möhtəşəm idman tədbiri ilə əlaqədar Dənizkənarı Milli Parkda da bir sıra yeniliklər gözlənilir.

Gün ərzində minlərlə şəhər sakini paytaxtın ən məşhur istirahət mərkəzlərindən olan Dənizkənarı Milli Parkda asudə vaxtını keçirir. Bu amil nəzərə alınaraq ölkəmizin ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına Dənizkənarı Bulvar İdarəsi də ciddi hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bulvarın ərazisində bir çox yeniliklər olacaq. İlk növbədə, bulvarın bütün ərazisində “Wi-Fi” sistemi quraşdırılacaq. Bundan başqa, bulvarda gəmi gəzintisi də genişləndiriləcək. İlk Avropa Oyunları zamanı turist axını nəzərə alınaraq ərazidə 3 istiqamətdə gəmi ilə səyahət etmək mümkün olacaq. Bulvarda fəaliyyət göstərən kafe, restoran və ticarət obyektlərində POS-terminalların sayı artırılır. İşlər Avropa Oyunları başlayana kimi başa çatdırılacaq. Bulvara həm də yeni gəzinti qatarları gətirilib. Qatarların hərəkəti Dövlət Bayraq Meydanı və “Baku Crystal Hall"un ətrafını əhatə edir.

Bulvarda təhlükəsizlik tədbirləri də görülür. Bütün əraziyə müşahidə kameraları ilə nəzarət olunur. Yeni bulvar ərazisinə də kameralar quraşdırılır. Bundan başqa, milli parkın mühafizəçilərinə xüsusi təlimlər keçirilir, idarənin əməkdaşları üçün xüsusi dil kursları təşkil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA