intertv.az
intertv.az

Konorla Həbib yenə mübahisə etdi — Sən şərəfini itirdin...

1-04-2019, 23:13 72 506 dəfə baxılıb

Konorla Həbib yenə mübahisə etdi — Sən şərəfini itirdin...















İrlandiyalı döyüşçü Konor Makreqor və dağıstanlı Həbib Nurməhəmmədov yenə bir-birlərinə ilişiblər.

Modern.az xəbər verir ki, Makreqor karyerasıni bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına Tvitter hesabında belə cavab verib:

''Sənin pulunu əlindən aldılar, mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar. Balaca siçan! Tezliklə Las Veqada böyük parti olacaq, balaca''.

Nurməhəmmədovun isə cavabı gecikməyib. O bildirib ki, pul gəlib, gedəndir, amma şərəf yox.Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən. Sən bununla yaşa. MMA karyeranı bitirməklə Tvitterdə karyerana başlamalısan?''
Qeyd edək ki, ötən ilin oktyabrında UFC-nin 229-cu çempinatında Nurməhəmmədov Makreqoru boğucu fəndə salaraq məğlub edib.

Bundan sonra döyüşçülərin komandaları arasında dava başlanmışdı. Bu yaxınlarda isə Makreqor döyüşdən getdiyini bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA