intertv.az
intertv.az

Qar uçqununa düşən hərbçilərimizin axtarışı davam etdirilir

21-03-2019, 23:01 26 dəfə baxılıb

Qar uçqununa düşən hərbçilərimizin axtarışı davam etdirilir















Qar uçqununa düşən Azərbaycan ordusunun iki hərbi qulluqçusunun axtarışları davam edir.

Real TV bildirir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. Hava şəraitinin dəyişməsi axtarışlarda bəzi problemlər yaradır.

Qeyd edək ki, Azərbaycan ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA