intertv.az
intertv.az

Səbuhi Xanlarovdan yaşlı insana qarşı aşağılayıcı hərəkətlər — Cəzası nədir? + VİDEO

21-03-2019, 22:38 23 dəfə baxılıb

Səbuhi Xanlarovdan yaşlı insana qarşı aşağılayıcı hərəkətlər — Cəzası nədir? + VİDEO















"Bir vətəndaşın digərinə qarşı aşağılayıcı hərəkəti, onu təhqir etməsi yolverilməz haldır və belə hallara qarşı Azərbaycan qanunvericiliyində müvafiq cəzalar nəzərdə tutulur".
Bunu açıqlamasında ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov sosial şəbəkələrdə Səbuhi Xanlarov adlı birisi tərəfindən yaşlı insana qarşı aşağılayıcı hərəkətlər edərək, onun videosunu çəkib sosial şəbəkələrdə yerləşdirilməsi ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, insanın şərəf və layəqətini alaçaltmaqla bağlı Mülki Məcəllədə 23-cü maddə var. “Bundan əlavə olaraq Cinayət Məcəlləsində də 147-ci maddə var ki, təhqir yolu ilə insanın şərəf və ləyaqətinin açladılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Lakin bu maddə üzrə cinayət işi xüsusi ittiham qaydasında ola bilər. Yəni ləyaqəti alçaldılan şəxsin və ya onun qanuni nümayəndəsinin şikayəti əsasında belə hallara yol verən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Orda açıq-aşkar təhqir elementləri və şəxsin şərəf və ləyaqətini alçaldan davranış varsa onda şikayət verilə bilər”- deyə, S.Məmmədov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA