intertv.az
intertv.az

Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”

18-03-2019, 18:14 27 dəfə baxılıb

Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”















Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məsciddə 50 nəfərin qətlə yetirildiyi terror aktı ilə bağlı danışıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, o, teraktla bağlı Qərbin səssiz qalmasını sərt şəkildə tənqid edib:

“Bu hadisədə Qərb mediası öz işini hiyləgərcəsinə görür. Bu axmağın (red: terrorçu Brenton Tarrant) belə bir manifesto yazması mümkün deyil. Arxasında ciddi dəstəyi var. Bunu tapıblar, manifesto hazırlayıb veriblər əlinə. Orada ölkəmin, mənim Aya Sofyanın adı keçir. Bacarırsansa, gəl al”.

Qeyd edək ki, terror aktını həyata keçirən Avstraliya vətəndaşı Brenton Tarrantın hadisədən öncə yazdığı iddia edilən 70 səhifəlik manifestoda Ərdoğana sui-qəsd edəcəyi və Aya Sofyanı xristianlara geri qaytaracağı da qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA