intertv.az
intertv.az

Ronaldosuz “Yuventus” ilk məğlubiyyətini alıb, Milan derbisində “İnter” qalib gəlib – VİDEO

17-03-2019, 19:33 47 dəfə baxılıb

Ronaldosuz “Yuventus” ilk məğlubiyyətini alıb, Milan derbisində “İnter” qalib gəlib – VİDEO















İtaliya A seriyasında XXVIII tura yekun vurulub.

ONA-nın məlumatına görə, turun daha 6 qarşılaşması baş tutub.

Çempionatın lideri “Yuventus” mövsümdə ilk məğlubiyyətini alıb. Turinlilərin startdakı məğlubiyyətsiz seriyası Genuyada qırılıb. “Cenoa” 2 cavabsız qolla lideri büdrədib.

Digər iddialı “Napoli” öz meydanında “Udineze”ni məğlub edib – 4:2. “Atalanta” isə gözlənilmədən autsayderlə matçda xal itirib.

Turun mərkəzi oyunu Milanda baş tutub. Şəhərin eyniadlı komandası derbidə “İnter”i qəbul edib. Beş qolun vurulduğu görüşdə qonaqlar qələbə qazanıblar.

İtaliya A seriyası
XXVIII tur
17 mart
“Cenoa” – “Yuventus” – 2:0
Sturaro, 72, Pandev, 81
“Atalanta” – “Kyevo” – 1:1
İliçiç, 55 – Meqqiorini, 32
“Empoli” – “Frozinone” – 2:1
Kaputo, 20, Payats, 38 – Valzania, 70
“Latsio” – “Parma” – 4:1
Marusiç, 22, Alberto, 26 (pen.), 38, Luliç, 44 – Sprokati, 77
“Napoli” – “Udineze” – 4:2
Yunes, 17, Kalyexon, 26, Milik, 57, Martens, 69 – Lasanya, 30, Fofana, 36
“Milan” – “İnter” – 2:3
Bakayoko, 57, Musakkio, 71 – Vesino, 3, De Vriy, 51, Martines, 67 (pen.)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA