intertv.az
intertv.az

Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

15-03-2019, 00:31 189 dəfə baxılıb

Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!













Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov cənab nazir Ramil Usubovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənovdur.

Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Həmid Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Həmid Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Həmid Həsənovdan danışdılar yaxşı ki, Həmid Həsənov Xızı Rayon Polis Şöbəsinin rəisi təyin olunub… Həmid Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Xızıda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Xızı da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.

Həmid Həsənov böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Həmid Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Həmid Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Ramil Usubovdan nümunə götürən Həmid Həsənovun böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və rəhbərliyə inamını artırır!

Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xızı Rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Həmid Həsənov özünü doğruldub. Bizdə hörmətli Həmid Həsənovu Cənab nazir Ramil Usubovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA