intertv.az
intertv.az

Yeni Zelandiyada iki məscidə silahlı hücum — 40 ölü

14-03-2019, 20:33 19 dəfə baxılıb

Yeni Zelandiyada iki məscidə silahlı hücum — 40 ölü















Yeni Zelandiyanın Krist Çerç şəhərində iki məscidə hücum edilib.
Silahlı hücum cümə namazından sonra təşkil edilib. İlkin məlumatlara görə, hücum zamanı 40 nəfər həlak olub, 48 nəfər isə yaralanıb. Hücumçu baş verənləri sosial şəbəkədən canlı yayımlayıb.

Əl Nur məscidində hücum vaxtı 200 nəfər olub. Silah səsləri eyni zamanda Linvud məhəlləsindəki məsciddə də eşidilib. Yeni Zelandiya polisi məsələ ilə bağlı açıqlama verib:
“Ciddi və təhlükəli vəziyyətdir. Polis əlindən gələn hər şeyi edir. Amma risk hələ də yüksəkdir. Sözügedən şəhər sakinləri küçələrdən uzaqlaşsınlar və növbəti xəbərdarlığa qədər gözləsinlər. Məktəblər də bağlanacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA