intertv.az
intertv.az

Xameneyi: “ABŞ-a tarixin ən ağır məğlubiyyətini yaşada bilərik”

14-03-2019, 19:09 19 dəfə baxılıb

Xameneyi: “ABŞ-a tarixin ən ağır məğlubiyyətini yaşada bilərik”
















“ABŞ İrana qarşı geniş miqyaslı hücuma başlayıb. Əgər biz bütün imkanlarımızı səfərbər etsək, onlara tarixin ən ağır məğlubiyyətini yaşada bilərik”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi bu gün Xubreqan Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüşündə deyib.

Xameneyi bildirib ki, İranın ABŞ və Avropa ölkələrinin atdığı addımlar qarşısında kifayət qədər təcrübəmiz var: “Lakin Hərtərəfli Birgə Fəaliyyət Planına dair sonuncu təcrübə və ABŞ-ın öz öhdəliklərini yerinə yetirməməsi bizim gözümüz qarşısındadır. Biz qarşımızda ABŞ və onun himayə etdiyi cəbhə ilə üzləşdiyimiz zaman bu təcrübələrdən istifadə etməliyik. Bu hadisələr qarşısında iki cür rəftar sərgiləmək olar. Ya bir-birimizə hücum edək və hər kəs başqasını günahlandırsın, ya da daxili qarşıdurmadan çəkinib, İmam Xomeyninin də buyurduğu kimi, bütün gücümüzlə ABŞ-a qarşı birləşib fəryad edək. Bizim həqiqi düşmənimiz ABŞ-dır və biz öz düşmənimizi tanımaqda heç vaxt xəta etməyəcəyik”.

Ayətullah Xameneyi iki məsələni – “düşmənin genişmiqyaslı hücumu qarşısında bütün güclərin səfərbər olmasının zərurətini” və “Allahın zikri və xatırlanmasını unutmamağı” önəmli adlandırıb: “ABŞ və sionistlər bu gün İran xalqına qarşı bütün güc və imkanlarını səfərbər edib. Qərb və Avropa ölkələri də bir növ onların yanında düşmənçilik edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA