intertv.az
intertv.az

ABŞ-da rüşvət qalmaqalı — Siyahıda Hollivud ulduzları da var

12-03-2019, 22:48 15 dəfə baxılıb

ABŞ-da rüşvət qalmaqalı — Siyahıda Hollivud ulduzları da var















ABŞ-da aralarında məşhur insanların da olduğu 50 nəfər övladlarının ölkənin prestijli universitetlərində təhsil ala bilmələri üçün milyonlarla dollar rüşvət verdikləri üzə çıxıb.
Siyahıda məşhur iş adamları ilə yanaşı bir sıra Hollivud ulduzları da var.

Boston ştatının federal prokurorları “təhsil sahəsində ABŞ tarixinin ən böyük saxtakarlığının üzə çıxarıldığını” söyləyiblər. Sözügedən şəxslər övladlarının ölkənin ən prestijli ali təhsil ocaqlarına qəbul olmaları üçün bir şirkətə 25 milyon dollar rüşvət verməkdə ittiham edililər. Məlum olub ki, pul ailələr tərəfindən təhsil məsləhətləri şirkətinin saxta xeyriyyə fonduna tələbə başına 100 min dollarla 2.5 milyon dollar arası pul ödəyiblər.

Prokuror Endryu Lellinq keçirdiyi mətbuat konfransında deyib:

“Saxtakarlıq yolu ilə universitetə qəbul edilən hər bir tələbə dürüst, həqiqətən savadlı bir tələbənin yerini tutub”. Prokurorların fikrinə əsasən, şirkət imtahana başqa adamları cəlb edib və saxtakarlığa əl atıb. Bundan başqa idmançı olmayan tələbələrə saxta profillər hazırlayaraq onların idmançı kimi universitetə qəbul edilməsini təmin ediblər.
Artıq bir sıra şəxslər polis tərəfindən saxlanılıb. İstintaq davam edir.ABŞ-da rüşvət qalmaqalı — Siyahıda Hollivud ulduzları da varABŞ-da rüşvət qalmaqalı — Siyahıda Hollivud ulduzları da varABŞ-da rüşvət qalmaqalı — Siyahıda Hollivud ulduzları da var






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA