intertv.az
intertv.az

Mixail Saakaşvili geri qayıdır

12-03-2019, 20:27 11 dəfə baxılıb

Mixail Saakaşvili geri qayıdır















Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda Hollandiyada yaşayan Saakaşvilinin aprelin 1-də Kiyevə gedəcəyi bildirilir.

Məlumata görə, Saakaşvili artıq təyyarə bileti aldığını söyləyib.

O, Ukrayna prezidenti Petro Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməyəcəyi üçün bu addımı atmaq qərarına gəlib.

Qeyd edək ki, M.Saakaşvili 2018-ci il fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilmişdi. O, daha sonra Hollandiyaya köçərək orada yaşamağa başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA