intertv.az
intertv.az

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

11-03-2019, 23:22 93 dəfə baxılıb

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

















“Problemləri qaldırmaqla ölkə başçısına kömək etmiş oluruq. Lakin biz problemləri qaldırmaqla yanaşı həlli yollarını da göstərməliyik”.
Bunu deputat Musa Quliyev Milli Məclisin əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışında deyib.
O, bildirib ki, əlillərlə bağlı qanun layihələrinə təklif olunan dəyişikliklər dövlətin bütövlükdə əlil vətəndaşlarına olan diqqətin bariz ifadəsidir. Deputat söyləyib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik qəbul olunduqdan sonra peşə təhsili alan əlil tələbələrin maliyyəsi dövlət tərəfindən ödəniləcək:

“Bu, ölkə başçısının əlil vətəndaşlara olan diqqətinin göstəricisidir. Lakin əsas məsələ onların dövlət hesabına peşə təhsili aldıqdan sonra işlə təmin olunmasıdır. Əgər tələbə diplomunu alıb işlə təmin olunmayacaqsa, o zaman problemlər yaranacaq”.
M. Quliyev qeyd edib ki, əlillərə uyğun iş yerləri yaradılmalıdır:

“Bundan başqa onlara düzgün əmək zəmanəti verilməlidir. Əlillərin fərdi reabilitasiya proqramları olmalı, onların hansı işdə işləməsi müəyyən edilməlidir. Elə əlillər var ki, əlil arabasında, elələri də var ki, sadəcə gözləri görmür. Bu baxımdan onlara uyğun iş yerləri olmalıdır. Müvafiq qurumlara müraciətim odur ki, əlilərə zəmanət verərkən onların hansı işdə işləyəcəyinə diqqət etsinlər. Çünki, əlilin qapı-qapı gəzib iş axtarmaq imkanı yoxdur. Onlar işə cəlb edilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA