intertv.az
intertv.az

“Şəhid ailələrinə xüsusi diqqət yetirilməlidir” — Millət vəkili

11-03-2019, 22:59 36 dəfə baxılıb

“Şəhid ailələrinə xüsusi diqqət yetirilməlidir” — Millət vəkili

















“Son 1 ayda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb”.
Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Rauf Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
On iki həftədə həm Qarabağ əlilləri, həm də şəhid ailələri ilə görüşdüyünü deyən deputat söyləyib ki, görüş zamanı sözügedən şəxslərin əsas istəkləri övladarının işlə təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması olub: “Mən bununla bağlı aidiyyatı qurumlara müraciət edərək bildirirəm ki, əgər uyğun iş varsa, mümkün qədər onları işlə təmin etməliyik. Şəhid ailələrinə xüsusi diqqət olunmalıdır. Həssas ailələr diqqətdən kənarda qalmamalıdırlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA