intertv.az
intertv.az

Həm övladları, həm özü mediada qalmaqalla tanınan şəxs necə Astranın hərbi komissarı oldu

5-03-2019, 20:04 636 dəfə baxılıb

Həm övladları, həm özü mediada qalmaqalla tanınan şəxs necə Astranın hərbi komissarı oldu














Təqribən 2 il əvvəl Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rayon rəislərindən biri mətbuat vasitəsi ilə Arzu Rəhimovu ifşa etməyə başladı. Bunun qarşısını almaq üçün Arzu Rəhimov həmin şəxsi rayonların birinə xidmət rəisi yolladı. Bundan sonra isə Arzu Rəhimov davamlı olaraq öz keçmiş işçiləri tərəfindən şantaja məruz qalır.

İnter.tv-yə daxil olan məlumata görə, Arzu Rəhimovu media vasitəsi ilə şantaj edib, vəzifə alanlardan biri də Valeh Nəcəfovdur. Bir müddət əvvəl Arzu Rəhimov tərəfindən hərbi komissar vəzifəsindən işdən çıxarılan Valeh Nəcəfov media şantajları vasitəsi ilə Astara rayonunun hərbi komissarı vəzifəsini alıb.

Bu həmin komissardır ki, işlədiyi Bərdə rayonunda hələ də pis yuxu kimi xatırlanır. Övladlarının çıxardığı hoqqa bir müddət ölkə mediasında gündəm oldu.

Daha sonra onun səsi Cəlilabaddan gəldi. Daha doğrusu gördüyü əməllərin əks-sədası. Onun korrupsioner əmməllərindən bərdəlilər kimi, cəlilabadlılar da xeyli çəkdi.

Daha sonra o bu əməllərinə görə xidmətdən qovuldu. Valeh Nəcəfov işsiz qaldığı müddətdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətində baş verən böyük korrupsiya əməliyyatlarının bir-neçəsini özünə yaxın olan saytlarda yayıb. Xüsusi ilə də Şəmkir rayonunda gənc cağırışçılarn ordudan yayındırılması faktları çılpaqlığı ilə mətbuata ötürən Valeh Nəcəfovun şantajları qarşısında duruş gətirə bilməyən Arzu Rəhimov onu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətində işə bərpa etdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbs olunmasından sonra Valeh Nəcəfov onun yerinə təyinat aldı.

Redaksiyamıza daxil olan məlumatlara görə, Valeh Nəcəfov hərbi komissar vəzifəsi ilə yanaşı mediada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun lobbiçiliyini də həyata keçirir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA