intertv.az
intertv.az

“Dağlıq Qarabağın işğal altında saxlanması regional təhlükəsizliyə ciddi təhdiddir” — Prezident

27-02-2019, 19:20 88 dəfə baxılıb

“Dağlıq Qarabağın işğal altında saxlanması regional təhlükəsizliyə ciddi təhdiddir” — Prezident















"Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir".
“Report” məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda gürcüstanlı həmkarı xanım Salome Zurabişvilinin şərəfinə verilən rəsmi ziyafətdə deyib.
"Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunmuşdur. Keçən il Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənib", - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA