intertv.az
intertv.az

“Maaşları artırın” – Nazirlikdən müraciət

21-02-2019, 18:30 78 dəfə baxılıb

“Maaşları artırın” – Nazirlikdən müraciət














Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən minimum əməkhaqqının 180 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.
Bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

“Maaşları artırın” – Nazirlikdən müraciət










Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Məlumatda bildirilir ki, işəgötürənlər minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edərək, mart ayının 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər. “19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərdən maaşı minimum əmək haqqından aşağı olan işçilərin də əmək haqlarında işəgötürənlər tərəfindən artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA