intertv.az
intertv.az

Sabiq müdafiə nazirinin müavini: “MTN-də mənə dedilər Səfər Əbiyevin üzünə dur”

23-10-2015, 15:38 92 dəfə baxılıb

Sabiq müdafiə nazirinin müavini: “MTN-də mənə dedilər Səfər Əbiyevin üzünə dur”

















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

APA xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahidlərin ifadəsindən sonra Mehman Səlimov məhkəmədə qısa çıxış edib. O, çıxışında Milli Təhlükəsizlik Nazirliyini ittiham edib: “O vaxt məni MTN-də dindirəndə dedilər ki, Səfər Əbiyevin üzünə dur, mən durmadım. Çünki onu işdən azad edəndən sonra tutmaq istəyirdilər. Mən bunu etmədim, onun üzünə durmadım. Ona görə mənə cinayət işi açdılar”.
Proses oktyabrın 30-da davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA