intertv.az
intertv.az

GDU-nun rektoru YAP-ın namizədinə qarşı: SEÇKİ TƏXRİBATI İDDİASI

23-10-2015, 15:23 104 dəfə baxılıb

GDU-nun rektoru YAP-ın namizədinə qarşı: SEÇKİ TƏXRİBATI İDDİASI

















Deylənlərə görə, Yusif Yusifov tələbələrə tapşırıq verilib: “Naqif Həmzəyevə səs verməyin, büllitenləri korlayın”

Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovla YAP-ın 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədi olan Naqif Həmzəyev arasında seçki qovğası bağlayıb. Bu barədə redaksiyamıza Gəncədəki mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Yusifovun Həmzəyevə qarşı başlatdığı kampaniya YAP-ın namizədi üçün əsl başağrısına çevrilə bilər. Buna səbəb isə GDU-nun rektorunun gəncəli tələbələrə verdiyi tapşırıqdır. İddia olunur ki, rektor tələbələrə təlimat verib ki, seçki günü hamısı səsverməyə gedərək, büllitenlərdə istənilən şəxsə (Naqif Həmzəyevdən başqa) səs verə bilərlər. İmkan daxilində isə səsvermə büllitenlərini korlamaları tələb olunub.

Redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, Yusif Yusifovla Naqif Həmzəyev arasındakı münasibətlərin korlanmasına səbəb ikincinin rektora qarşı apardığı bir sıra kampaniyalardır. Deyilənlərə görə, YAP-ın namizədi özünün yaxın adamını GDU-nun rektoru postuna gətirmək üçün Yusifovu gözdən salan hərəkətlər edib. Məsələn, YAP-ın Gəncə Şəhər Təşkilatının yığıncağında Yusif Yusifovun yatmasını əks etdirən fotoları məhz sözegdən şəxs mətbuata ötürüb.

Bundan başqa, Naqif Həmzəyev GDU-nun müəllimi Fəxrəddin Məmmədovu Yusif Yusifovun yerində görür. Və onun əliylə məlumatlar toplayaraq, həm Gəncənin icra başçısı Elmar Vəliyevə, həm də Təhsil Nazirliyinə çatdırır. Nəticədə, Yusifov haqqında mənfi rəy yaranır və işdən çıxarılması məsələsi gündəmə gəlir ki, buda YAP-ın namizədinə sərf edir. Ona görə ki, Yusifovun getməsindən sonar Məmmədovun onun yerniə gələcəyini və bununla da GDU-da daha da möhkəmlənəcəyi reallaşacaq.

Redaksiyamıza verilən bilgilərdə o da qeyd olunur ki, Naqif Həmzəyev hələ ADAU-da işləyən zaman da belə bir varianta əl atıbmış. Lakin rektorluq məsələdən xəbər tutaraq, onu universitetdən uzaqlaşdırmışdılar.

Tərəflərin hər ikisini dinləməyə hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA