intertv.az
intertv.az

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

16-02-2019, 06:44 37 dəfə baxılıb

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi















ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddəki vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edilməsi haqda sənəd imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat katibi Sara Sanders bildirib. Sara Sanders Trampın bununla bağlı sənədi imzalayarkən çəkilmiş fotosunu Twitter sosial şəbəkəsində paylaşıb.

Fövqəladə vəziyyətin elan edilməsi Trampa Konqresin razılığı olmasa belə, Meksika ilə sərhəddəki divarın tikintisinə lazım olan vəsaiti toplamağa imkan verəcək.

Qeyd edək ki, Konqresdə baxılan büdcə layihəsinə əsasən, Meksika ilə sərhəddə divarın tikintisinə 1,4 milyard ayrılıb. Tramp isə 5,7 milyard dollar tələb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA