intertv.az
intertv.az

Şəmkirdə istixanada yanğın – Mühafizəçi yaralandı

15-02-2019, 05:47 44 dəfə baxılıb

Şəmkirdə istixanada yanğın – Mühafizəçi yaralandı















Şəmkirdə istixanada yanğın baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. İstixanada baş verən yanğın zamanı 250 kvadratmetr dəmir konstruksiyalı talvar, 4 tonluq mazut çəni, 50 kvadratmetr sahədə dağılan mazut və 40 kvatradmetr sahədə yığılan taxta yeşiklər yanıb.

Həmçinin 1964-cü il təvəllüdlü İsmayılov Teymur Həzi oğluna məxsus “QAZel” markalı avtomobil də yanıb. Əraziyə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Hadisə zamanı orada mühafizəçi işləyən 1990-cı il təvəllüdlü Rzayev Afiq Nəbi oğlu yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA