intertv.az
intertv.az

Əhməd Davudoğlu: “Türkiyə Ermənistanla ən yaxşı qonşuluq münasibətlərə hazırdır”

18-04-2015, 11:06 174 dəfə baxılıb

Əhməd Davudoğlu: “Türkiyə Ermənistanla ən yaxşı qonşuluq münasibətlərə hazırdır”

"Türkiyə Ermənistanla ən yaxşı qonşuluq münasibətlərə hazırdır. Amma Ermənistan bizim özümüz kimi gördüyümüz Azərbaycanla yaxşı qonşuluq quracaq addımlar atsın".

APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarını şərh edərkən bildirib.

Əhməd Davudoğlu dünya ölkələrinin liderlərinə və parlamentlərinə xəbərdarlıq edib: "Kim olursa olsun, tarixi bilgiyə, arxiv məlumatlarına istinad etmədən millətimizi tarix qarşısında mühakimə etmək istəyənlərə qarşı mövqeyimiz açıq və sərt olacaq. Barışmağa, acıları paylaşmağa hazırıq. Amma iş boyun əyməyə gələndə, bizi heç kim boyun əyməyə məcbur edə bilməz".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA