Tarix : 12-02-2019, 09:28 | Bölmə: siyaset |
“Deputatlar insanlara həqiqətləri çatdırmalıdırlar” — Siyavuş Novruzov














“Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiq addımlardır. Dövlət başçısı tərəfindən atılan addımlar nəticəsində həm təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının, yeni iş yerlərinin inkişafı və digərlərinə xidmət edir”.
Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O, bildirib ki, Azərbaycan Prezidentinin şəhid ailələrinə ayrıdığı birdəfəlik yardımla bağlı məsələ də də bunun şahidi olduq: “Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Lakin bir qrup Azərbaycan əleyhinə işləyən qüvvələr,əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istəyirlər. Halbuki ölkə başçısı bu məsələ ilə bağlı çoxdan tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, proseslər gedirdi. Bütün ölkələrin təcrübəsi öyrənildikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Bir qrup xaricdə oturan, bu gün böhtan şər kampaniyası aparanlar bu addımları öz adlarına çıxıb əhalini çaşdırmağa çalışırlar”.
S. Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar:
“Azərbaycan prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verir. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin təminatı, onların irəli çəkilməsi məsələlərinə önəm verilir. Biz hər birimiz əsgər kimi bu məsələləri ictiamiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. İnsanlara atılan addımların dövlətin strategiyası olduğunu başa salmalıyıq”.
(Reytinq:0)