Tarix : 12-02-2019, 07:15 | Bölmə: dunya |
Acun İlıcalı ən nüfuzlu 500 nəfərdən biri oldu — FOTO















Dünya şöhrətli "Variety" jurnalının redaktorları 2 trilyon dollarlıq beynəlxalq əyləncə sektorunun ən nüfuzlu şəxsləri arasına Acun İlıcalını da əlvə edib.
"Ölkə.Az" xarici mediaya istinadən xəbər verir ki, bu siyahıda dünya üzrə film, televiziya, musiqi, texnologiya və oyun sahəsinin ən nüfuzlu simaları yer alıb.

Siyahıda 358 ABŞ-lı, 30 ingilis, 15 fransız, 12 alman, 11 hindistanlı, 8 italyan və 6 ispan məşhur var. Hər il yenilənən "Variety 500" siyahısdakı adların son 12 aydakı uğurlarına əsasən tərtib olunur.
Meril Strip, Riz Uizerspun, Tim Kuk, Mark Zukerberq, Emma Stoun kimi məşhurların yer aldığı Variety 500 siyahısında tək türk isə Acun Ilıcalı olub.

Onun haqqında "Öz zəhməti hesabına TV aləmində önəmli bir yerə sahib oldu. Çox izlənən TV8 kanalının sahibidir və beynəlxalq səviyyədə ayaq izlərini günü-gündən genişləndirir" ifadələri yazılıb.
(Reytinq:0)