Tarix : 11-02-2019, 05:54 | Bölmə: dunya |
Alt paltarı sifariş etdi, əvəzində 40 minlik qızıl göndərildi














Fransanın Vann şəhərində yaşayan 27 yaşlı Jülyen Kayno həyat yoldaşı üçün sifariş etdiyi alt paltarının əvəzində 20 min (təxminən 40 min manat) avroluq qızıl külçə alıb.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, sifarişi təslim aldıqdan sonra bağlamanı açan şəxs qızıl gördükdə təəccüblənib.

“İmzalayarkən paketə diqqət yetirmədim. Bağlamadan alt paltarının çıxacağını gözləyirdim. Bağlama böyük deyildi, amma ağır idi” – deyə Jülyen Kayno bildirib.
Paketdən 700 qram ağırlığında 1900-cü illərə aid "Louis" və 20-50 qramlıq başqa külçələr olub.

Jülyen Kayno bağlamanın üzərindəki ünvanın ona aid olmadığını gördükdən sonra telefon nömrəsi ilə əlaqə saxlayıb. Və daha sonra paketi polisə təslim etdiyini bildirib.
(Reytinq:0)