Tarix : 6-02-2019, 12:08 | Bölmə: gundem, bolge |
Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafovla bağlı şok iddialar- Prezidentin nəzərinə












Redaksiyamıza Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov haqqında çox saylı şikayətlər daxil olub..Şikayətlərdə bildirilir ki, Bir neçə müddət bundan əvvəl mənzil-kommunal təsərrüfatlarının yarıtmaz fəaliyyətlərinə dair paytaxt sakinləri tərəfindən redaksiyamıza təqdim olunmuş şikayətlər və ciddi iradlar öz əksini tapmışdı. Həmin yazıda biz qeyd etmişdik ki, mürəkkəb idarəçilik strukturuna malik mənzil-kommunal təsərrüfatlarının tərkibinə yaşayış evləri və onların mühəndis avadanlıqları, ictimailəşdirilmiş bağ fondu, mənzil fonduna xidmət edən və mənzil fondunun idarəetmə sisteminin maddi-texniki bazası olan təmir-tikinti, istehsal, təchizat və digər kommunal təşkilatları daxildir. Həmçinin mənzil fondunun mənsubiyyətindən asılı olmayaraq, texniki və sanitar vəziyyətinə ümumi nəzarət şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal birliklərinin nəzdində yerləşən mənzil-kommunal istismar sahələrinə həvalə olunmuşdur. Lakin son illər Bakıda fəaliyyət göstərən mənzil-kommunal istismar sahələrinin səlahiyyətlərinin bir qədər məhdudlaşdırılması səbəbindən bu qurumların işi də bir qədər ictimai diqqətdən kənarda qalmışdır. Belə vəziyyət isə, bu sahədə çalışan bəzi məmurlara məhz şəxsi mənfəətləri baxımından fəaliyyətlərini daha da genişləndirmək üçün əlverişli şərait yaratmış oldu.

Məhz bu səbəbdən də son zamanlar əksər Mənzil Kommunal Təsərrüfat Birliklərinin (MKTB) fəaliyyəti vətəndaşlar tərəfindən tamamilə qeyri-qənaətbaxş kimi qiymətləndirilir. Belə ki, bu təsərrüfatlar öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün kifayət qədər səy göstərmir, bir çox hallarda isə aşkar məsuliyyətsizlik nümayiş etdirirlər. Digər tərəfdən isə, kommunal təsərrüfüt strukturları, əslində heç də görünmək istədikləri qədər “zəif və imkansız” qurumlar deyillər. Sadəcə olaraq, məhz funksional vəzifələrinin icrasındakı qüsurları pərdələmək məqsədilə bəzi təsərrüfat rəhbərləri “acizlik” donunu geyinməyə üstünlük verirlər. O cümlədən, redaksiyamıza son zamanlar daxil olan məlumatlarda, Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafovun fəaliyyəti ilə bağlı şikayətlərə tez-tez rast gəlmək olur.

Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov bağlı geniş araşdırmamızı diqqətinizə çatdıracağıq..Bizi izləyin
(Reytinq:0)