intertv.az
intertv.az

Şəhid ailələri ilə görüşdə duyğusal anlar — VİDEO

29-01-2019, 06:33 45 dəfə baxılıb

Şəhid ailələri ilə görüşdə duyğusal anlar — VİDEO



"Fəxr edirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olub".
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxış edən şəhid atası Şirvan Nüsrətov deyib.

Şəhid atası qeyd edib: "Hörmətli Prezident, cənab Ali Baş Komandan. Siz Azərbaycanı qüdrətli dövlətə çevirmisiniz. Azərbaycanın güclü ordusu var. Əminəm ki, biz Qarabağ məsələsini Allahın köməyi, Sizin səylərinizlə həll edəcəyik.
Cənab Prezident, mən bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuşdur. Sizdən çox razıyıq ki, biz şəhid ailələrinə həmişə qayğı göstərmisiniz və göstərirsiniz. Biz Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik. Sağ olun, var olun. Allah Sizə ömür versin".

Görüşdən və şəhid atasının çıxışından video sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA