intertv.az
intertv.az

Azərbaycanlı dünya çempionu qripdən dünyasını dəyişdi

28-01-2019, 06:03 76 dəfə baxılıb

Azərbaycanlı dünya çempionu qripdən dünyasını dəyişdi














Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.
Modern.az xəbər verir ki, idmançının ölüm səbəbi qripdir. Onun nəşi dəfn olunması üçün Sabirabada aparılıb.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl soyuqdəymədən müalicə alıb: “Daha sonra xəstəlik şiddətlənib və onun bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.
Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.

“Bu, 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim", - deyə idmançı bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA