Tarix : 23-01-2019, 13:09 | Bölmə: gundem, bolge |
Əhməd Əhmədzadənin çətiri altında daha bir BÜDCƏ TALANI - İTTİHAM















"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində fəaliyyət göstərən Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində büdcə vəsaitlərinin böyük hissəsinin yeyintiyə məruz qalması halları var.
Mozalan.az bildirir ki, 1959-cu ildən fəaliyyət göstərən idarənin əsas vəzifəsi "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalı daim saz vəziyyətdə saxlamaqdan ibarətdir. Başqa sözlə desək, kanal Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etməlidir. Bunun 86400 hektarı öz axımı ilə, 23600 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır. Yuxarı Qarabağ Kanalı öz mənbəyini Mingəçevir su anbarından götürərək respublikanın Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin etməyə borcludur.

Ancaq bütün işlərdə yeyinti və korrupsiya halının olması işləri heçə endirir.

Məsələ ondadır ki, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin keçirdiyi tenderlərin əsas qalibi rəisin öz adamlarının nəzarətindəki şirkətlərdir. Tenderdə qalib gələn şirkətlər vəsaitlərin bir hissəsini idarə rəhbərinin özünə qaytarırlar. Beləliklə, qanunsuzluğa yeyintiyə yol verilir. Belə olan halda nəzərdə tutulan layihələrin keyfiyyət göstəriciləri aşağı düşür. Elə buna görə də kanal hazırda nasaz vəziyyətdədir, təsərrüfatlara su lazımi səviyyədə çatdırılmır.

Bu səblərdən Yuxarı Qarabağ kanalında tez-tez sızma baş verir. “Yuxarı Qarabağ kanalından sızmaların baş verməsi haqqında mətbuata yol tapan xəbərlər baş verən qəzaların çox cüzi bir hissəsidir”. Bu sözlər Bərdə rayonunda yaşayan, adının çəkilməsini istəməyən bir fermerin sözlərdir. Onun sözlərinə görə Yuxarı Qarabağ kanalında tez-tez sızma baş verir və bu da ətraf torpaqların şoranlaşmasına səbəb olur. Çox marqlıdır ki, dövlət büdcəsindən Yuxarı Qarabağ kanalının fəaliyyətinin təmin edilməsi üçün hər il kifaəyət qədər pul ayrılır. Bununla bağlı kiçik bir araşdırma apardıq və məlum oldu ki, hər il dövlət büdcəsindən bu kanalın istismarına cavabdeh olan “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin strukturuna daxil olan Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinə inşaat mallarının, torpaq qazan mexanizmlərin və avtomaşınların ehtiyyat hissəslərinin alınması üçün yüz min manatlarla vəsait ayrılır. Məslən, 2016-cı ildə torpaq qazan mexanizmlərə ehtiyat hissələrinin satın alınması üçün 264 min manatdan artıq, inşaat materiallarının satın alınması üçün isə 192 min manatdan artıq, avtomaşın üçün ehtiyat hissələrinin satın alınması üçün isə 21 min manatdan artıq büdcə vəsaiti sərf olunub. Torpaq qazan mexanizmlərə ehtiyat hissələrinin və inşaat materiallarının satın alınması üçün ümumilikdə sərf edilən 457 min manatlıq maliyyə əməliyyatı İlqar Qasımov adlı şəxsin direktor olduğu, hüquqi ünvanı Yevlax şəhəri, Nüşabə küçəsi ev 52-də yerləşən “Ticarət-11” Məhhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılıb. Yevlax şəhərindəki mənbəmiz isə bildirir ki, bu şəhərdə torpaq qazan mexanizmlərə ehtiyat hissələrinin və inşaat materiallarının satışı ilə məşğul olan “Ticarət-11” MMC-i adlı şirkəti də, İlqar Qasımov adlı iş adamını da heç kim tanımır. Elə isə ortaya sual çıxır ki, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov 457 min manatlıq əməliyyatı “Ticarət-11” MMC-ilə nə üçün edib? Bu suala cavab axtarmaqla yanaşı Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin 2017 və 2018-ci illərdəki maliyyə əməliyatların da araşdırmağa çalışacağıq.
(Reytinq:0)