intertv.az
intertv.az

Bakıya gələn taksi dəhşətli qəzaya uğradı: 2 ölü, 3 yaralı – Foto

14-01-2019, 05:42 56 dəfə baxılıb

Bakıya gələn taksi dəhşətli qəzaya uğradı: 2 ölü, 3 yaralı – Foto
















Dünən günorta saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən 36,5 kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, Salyan rayonunun “Qalalı” massivində yaşayan 58 yaşlı Qəniyev İsrail Əvəz oğlunun idarə etdiyi “Daewo Gentra” markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaının sürücüsü İ.Qəniyev və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb.

Minval.info-ya daxil olan məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkətdə olan “Daewo Gentra” əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən “KamAZ”ın təkərləri arasına düşüb. Nəticədə “KamAZ” taksinin üstündən keçib.

Bakıya gələn taksi dəhşətli qəzaya uğradı: 2 ölü, 3 yaralı – Foto






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA