Tarix : 4-01-2019, 05:54 | Bölmə: idman |
Ronaldo 2018-ci ilin ən yaxşı futbolçusu seçilib














İtaliyanın “Yuventus” klubu və Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən “Globe Soccer Awards” versiyası üzrə 2018-ci ilin ən yaxş futbolçusu seçilib.

“Report” xəbər verir ki, bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.

İlin ən yaxşı komandası Madrid “Atletiko”su, ən yaxşı məşqçisi Fransa yığmasının rəhbəri Didye Deşam hesab edilib. Ən yaxşı agent mükafatı Ronaldonun maraqlarını təmsil edən Jorj Mendeşə verilib.

Oyunçu qismində görkəmli karyera mükafatlarına Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo, həmçinin “Yuventus”un xavbeki Blez Matüidi layiq görülüb. Məşqçilər arasında analoji mükafatı Fabio Kapello alıb.

Ronaldo daha əvvəl dünyada “Instagram” izləyiciləri 150 milyona çatan ilk şəxs olub.
(Reytinq:0)