intertv.az
intertv.az

Dünya bu xəbəri danışır — Çinlilər misi dəyərli metala çevirdilər

28-12-2018, 05:30 35 dəfə baxılıb

Dünya bu xəbəri danışır — Çinlilər misi dəyərli metala çevirdilər















Bir qrup alim misiri əridərək başqa maddəyə çevirib.

Yeni maddə kimyəvi proseslərdə qızıl və gümüş kimi dəyərli metallarla eyni funksiyanı yerinə yetirir. Mütəxəssislərin fikrinə əsasən, yeni maddə elektronik cihazların istehsalında qızıl və gümüş kimi dəyərli metalları əvəz edəcək. Bu barədə məlumat “Science Advances” elmi jurnalında verilib.

Məlum olub ki, professor Sun Jianın rəhbərlik etdiyi qrup misi yüksək tempraturda elektirklə yüklənmiş arqon qazına məruz qoyub.
Sürətlə hərəkət edən ionlaşmış parçalar mis atomları ilə toqquşub və soyuyan, sıxılan atomlar bir cihaz üzərində toplaşıb. Yeni dənəciklər ilə bir bakteriyanın mində biri boyda incə bir təbəqə əldə edilib. Sonra isə bu təbəqə alimlər tərəfindən reaksiya otağına aparılıb. Maddə sadəcə dəyərli metalların həyata keçirə biləcəyi bir proses olan kömürü spirtə çevirmək üçün katalizator kimi istifadə edilib.

Təcrübədə əldə edilən yeni bu təbəqənin nano hissəcikləri bu prosesdə qızıl və gümüşə bənzər şəkildə katalizator kimi fəaliyyət göstərib. Məsələ ilə bağlı açıqlama verən alimlər yeni maddənin elektronik cihazların istehsalında qızıl və gümüş kimi dəyərli metalları əvəz edəcəyini açıqlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA