intertv.az
intertv.az

Şəmkirdə məscid sökülür: Ölkə dindarları rayona etiraza toplaşdı – Video

13-10-2015, 11:36 94 dəfə baxılıb

Şəmkirdə məscid sökülür: Ölkə dindarları rayona etiraza toplaşdı – Video

















Şəmkir rayonunda məscidlərin birinin künbəzinin sökülməsi xəbəri yayılıb

Məlumata görə, hadisə Şəmkir rayonu Zəyəm qəsəbəsində baş verib. Məlumatda qeyd olunur ki, qəsəbə ərazisində sakinlərin yardımı ilə tikilən məscidin özbaşınalıq nəticəsində künbəzi artıq sökülüb.
Məscidin tikilməzdən öncə Hüseyniyə (namaz qılınan və dini mərasimlər keçirilən yer) olaraq fəaliyyət göstərdiyi bildirilir. Digər məlumatda deyilir ki, söküntü ətrafdakı evlərin şikayəti ilə əlaqələndirilir. İnanclılara bildirilib ki, sakinlər evlərinə gün düşmədiyi üçün narazıdırlar. Söküntünü icra edənlərin sözlərinə görə, gələcəkdə məscidə gediş-gəlişin çox olması, həmin ərazinin sakinlərini narahat edir.
Məlumatına görə, paytaxt Bakıdan bir qrup dindar məscidin sökülməsiylə əlaqədar Şəmkirə gedib. Onlar ibadət evinin sökülməsinə etirazlarını bildiriblər. Eyni zamanda digər bölgələrdən də sözügedən rayona gələnlərin olduğu deyilir. Hazırda əraziyə özünü Şəmkir Rayon Polis İdarəsinin rəisi kimi təqdim edən Füzuli adlı şəxs gəlib. Bu barədə inanclılar məlumat verib.(azadxeber.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA