intertv.az
intertv.az

Adil Vəliyev bu illər ərzində nə iş görüb? - Qış gəldi, dərd gəldi...

10-12-2018, 12:04 97 dəfə baxılıb

Adil Vəliyev bu illər ərzində nə iş görüb? - Qış gəldi, dərd gəldi...














Qış gəldi və Kürdəxanıda sakinlər yenə yolsuzluq problemindən gileyləndilər. Moderator.az xəbər verir ki, Bakının Sabunçu rayon Kürdəxanı qəsəbəsində sakinlər hər il yolsuzluq problemindən əziyyət çəkirlər. Qəsəbənin “Yeni yaşayış massivi”ndə kanalizasiya sisteminin olmaması onların işini daha da çətinə salıb. Belə ki, yağan yağış suları evlərin zirzəmisinə və yollardakı çuxurlara dolaraq sakinlərə problem yaradır. Buna görə də evlərdə nəmişlik olur.

Müvafiq qurumlar isə sakinlərin dəfələrlə şikayətlərinə baxmayaraq məsələyə laqeyd yanaşırlar. “Yeni yaşayış massivi” Kürdəxanı qəsəbəsində yerləşsə də, Məmmədli bələdiyyəsinə tabedir. Qəsəbə bələdiyyəsi isə heç bir dəfə də olsun ərazidə sakinlərin yolsuzluq problemi ilə maraqlanmayıb.

Moderator.az sakinlərin xahişini nəzərə alaraq bərbad qəsəbə yollarının fotolarını təqdim edir:

Adil Vəliyev bu illər ərzində nə iş görüb? - Qış gəldi, dərd gəldi...Adil Vəliyev bu illər ərzində nə iş görüb? - Qış gəldi, dərd gəldi...Adil Vəliyev bu illər ərzində nə iş görüb? - Qış gəldi, dərd gəldi...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA