Tarix : 5-12-2018, 06:42 | Bölmə: hadise |
Rusiyadan Azərbaycana köçən ailənin başına gələn dəhşət – TƏFƏRRÜAT














Şəki rayonunda yaşadıqları evdə meyiti tapılan yaşlı ər və arvadla bağlı bəzi məqamlar üzə çıxıb.

Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evində qohumları tərəfindən meyiti tapılan 1937-ci il təvəllüdlü Bahadır Zalov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Zalovanın 2 il əvvəl Azərbaycana köçdüyü məlum olub.

Belə ki, yaşlı ər-arvad uzun illər Rusiyada yaşayıblar. Onlar yaşlılıq dövrünü doğulduqları Şəki şəhərində keçirmək qərarına gəliblər və Azərbaycana qayıdıblar, övladları, nəvələri isə Rusiyada yaşamağa davam edib. 2 gün əvvəl yaşlı cütlükdən xəbər ala bilməyən yaxınları onların evinə gəliblər. Məlum olub ki, hər iki şəxs mənzildə vəfat edib. Onların üzərində hər hansı zorakılıq əlaməti də aşkarlanmayıb.

Şəki şəhər Prokurorluğunda aparılan ilkin araşdırma zamanı ər və arvadının dəm qazından boğulduğu müəyyənləşib.

Araşdırmalar davam etdirilir. (Publika.az)
(Reytinq:0)