Tarix : 4-12-2018, 07:07 | Bölmə: dunya |
Qaşıqçının “WhatsApp” yazışmaları üzə çıxdı














“CNN İnternational” kanalı Camal Kaşıkçının Kanadanın Montreal şəhərində yaşayan səudiyyəli aktivist Ömər Əbdüləzizlə “WhatsApp” yazışmalarını üzə çıxarıb.

Kaşıkçı göndərdiyi mesajlarda vəliəhd Məhəmməd bin Salmanı sərt şəkildə tənqid edib. Ehtimal edilir ki, jurnalistin öldürülməsində bu mesajlar bir faktor olub.

Əbdüləziz avqust ayında mesajlaşmanın izlənildiyindən şübhələndiyini və iki ay sonra Camalın öldürüldüyünü bildirib:
“Telefonumun hek edilməsi Camalın başına gələnlər mövzusunda önəmli rol oynadı. Həqiqətən də çox pisəm. Bu günahkarlıq hissi məni məhv edir”.

Əbdüləziz 2017-ci ilin oktyabr ayından Kaşıkçı ilə müntəzəm əlaqədə olub və o, 400-dən çox “WhatsApp” yazışmasını CNN-ə verib
(Reytinq:0)