intertv.az
intertv.az

Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb

30-11-2018, 06:41 119 dəfə baxılıb

Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb















Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb.

Həmin görüntülər əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, müvafiq ekspertizalar təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA